Quantcast
Channel:
Viewing all articles
Browse latest Browse all 10

Dünyada keçən ay

0
0

www.zaman.com.tr

 

İSLAM DÜŞMƏNİ İDİ, İNDİ MƏCLİSDƏ QURAN PAYLAYIR

 

Hollandiyada bir müddət əvvəl başlamış, bütün ölkəni əhatə edən holland dilində pulsuz Qurani-kərim paylama kampaniyası böyüyərək davam edir.

Kampaniya çərçivəsində Lahey Bələdiyyə Məclisinin bütün üzvlərinə Qurani-kərim hədiyyə edilib.

Qatı sağçı Müstəqillik Partiyasından (PVV) ayrılaraq İslamı seçən Arnod van Dorun (Arnoud van Door) payladığı Qurani-kərimlərdən biridə Lahey Bələdiyyə başçısı Coziasva Artsenə (Joziasva Aartsen) verilib.

Məclis toplantısından əvvəl PVV partiyasının işçiləridə daxil olmaqla, bütün məclis üzvlərinə Qurani-kərim paylayan Van Dorn AA müxbirinə bu fəaliyyəti insanların İslamı və müsəlmanları daha yaxşı tanımaları üçün etdiyini deyib.

Bələdiyyə başçısı da daxil olmaqla, hər kəsin müsbət reaksiya verdiyini qeyd edən Van Dorn İslama qarşı mənfi münasibətləri aradan qaldırmaq məqsədi güddüyünü bildirib.

Xalqın İslam dini haqqında məlumatının məhdud olduğunu vurğulayan Van Dorn: “Bələdiyyə məclisində belə bəzən məlumat əskikliyinə şahid oluruq. Bu mövzularda məhdud biliyimizlə danışırıq. Holland dilində Qurani-kərim paylayaraq bir növ İslam haqqında məlumat çatışmazlığını aradan qaldırmaq, boşluğu doldurmaq istədik. Ümid edirəmki, hədəfimizə nail olarıq”,-deyib.

Sonradan İslam dinini seçənlərin qurduğu “Müsəlmanlığı kəşf et” adlı dərnəyin rəhbəri Yakob van der Blomun (Jacop van der Blom) təqribən bir ay əvvəl başladığı kampaniya çərçivəsində daha əvvəl Hollandiya kral və kraliçasına Quran göndərilmişdi.

Müsəlmanlar bütün ölkədə böyük maraq doğuran kampaniya sayəsində il ərzində 100 min ədəd Quran paylamağı hədəfə alıblar.

 

 www.timeturk.com/tr

 

http://www.ilmimercek.net/makale/183887/dunyada-gecen-ay-ilmi-mercek-sayi-117

 

 

BMT: Azərbaycanda din-dövlət münasibətləri dünya ölkələri üçün örnək ola bilər

17 Fevral 2014 18:40

 BMT-nin NyuYorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət” mövzusunda konfrans keçirilib.
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub.
 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı deyibki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Bu istiqamətdə Azərbaycanla əlaqələrə toxunan Əl-Nassir bildirib: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulub. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırırlar”.

 

 

Rus həbsxanalarında İslam tədris ediləcək

 

 

Rusiya həbsxanalarında dustaqlar ilkin islam biliklərinə yiyələnə biləcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə Mordoviya Respublikasının mərkəzi müsəlman ruhani idarəsinin başçısı Faqim Şəfiyeva bildirib. 

“Yaxın zamanlarda biz dustaqlar üçün qiyabi şəkildə ilkin müsəlman təhsili üzrə layihə işə salacağıq. Bu layihə dini mərkəzlərlə Federal CəzalarınİcrasıXidmətinin əməkdaşlığının davamıdır”, – deyə Şəfiyev bildirib.

Bundan başqa, Mordoviya müftisinin sözlərinə görə, dustaqların bir qismi radikal islam cərəyanlarının tərəfdarıdır və onların dini maarifləndirilməsinə ehtiyac var. “Din insanları zalımlaşdırmalı deyil, inkişaf etdirməli, doğru yol tapmaqda yardımçı olmalıdır”, – deyə ilahiyyatçı bildirib.

 

 

İSVEÇRƏ UNİVERSİTETİNDƏ “İSLAM VƏ CƏMİYYƏT” TƏDQİQAT MƏRKƏZİ AÇILIR

 

Friburq Universiteti İsveçrə İslam və Cəmiyyət Tədqiqat Mərkəzi (Schweizerisches Zentrum für İslam und Zentrum) açmaq qərarı alıb. Rektor Professor Quido Verqauvenin (Guido Vergauwen)verdiyi məlumata görə, 2015-ci ilin ikinci rübündən ali məktəb səviyyəsində İslam teologiya dərsləri başlayacaq. Bu barədə CİHAN xəbər agentliyi məlumat verib.

İsveçrə Rektorlar Birliyi (CRUS) rəhbəri Professor Antonio Loprieno “müsəlman sivil cəmiyyət qurumları İslam və Cəmiyyət mərkəzi ilə əlaqəyə keçərək həyata keçirilən layihənin məzmununu universitetlə birlikdə formalaşdırmalıdır” deyərək İsveçrədə yaşayan müsəlmanları kömək etməyə çağırdı. Yaydan sonra açılması planlaşdırılan mərkəz teologiya fakültəsinin nəzdində fəaliyyət göstərəcək.

İslam və Cəmiyyət Mərkəzi layihəsi üzrə məsul şəxs doktor Hansyorq Şmidt (Hansjörg Schmid) “İslam dini İsveçrə cəmiyyətinin bir hissəsinə çevrilib. İctimai məsələlər elmi kriteriyalar daxilində İslami cəhətdən araşdırılmalıdır” deyir.

Almaniyada Erlangen Universitetində tədqiqat aparan professor Harri Harun Behr “İslam dini bir olan Allah`a, Qurana, axirət gününə və mələklərə imanı, ətrafdakı insanlara xidmət etmək kimi əxlaqi dəyərləri, namaz və zəkat kimi ibadətləri, saziş imzalayan tərəflərin saziş şərtlərinə əməl etməli olduğunu, ətrafdakı insanları sevmək və onlara şəfqət bəsləmək kimi mühüm mövzuları əhatə edir. Bu dini teoloji cəhətdən ifadə etməyi sevmirəm. Teologiya termini İslam dinini ifadə etmək üçün kifayət etmir. İslam dininin tədqiq olunması sadəcə müsəlman cəmiyyətinə deyil, bütün cəmiyyətə xidmətdir” deyə fikirlərini ifadə edib.


Viewing all articles
Browse latest Browse all 10

Trending Articles


Albaniya dövləti


WhatsApp Plus Yukle - Yenilendi


İntellekt oyunu


Krassvord-Proqrammı


Xəmsə oyunu üçün suallar paketi


Ağqoyunlu-Osmanlı müharibələri


Yeniyetməlik yaşının ümumi xarakteristikası


Ali hisslər


Bakirəlik və qızlıq pərdəsinin bərpası


Bakirəlik Sindromu - Psixoloq Sabina Bayramova


Whatsapp Plus Profile Baxanlari Gorme


Azərbaycan tarixi 6 KSQ-4


Azərbaycan tarixi-Yeni dövr


"Xəmsə" - sualları


İngiltərə sülalələri haqqında


SALAROĞULLARI SÜLALƏSİ


Azərbaycan uşaq mətbuatı


Təfəkkürün formaları


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Nişanlılıq dövrü və 6 səhv addım